Azərbaycanlı tələbələr Türkiyədən üz döndərib? - Zəlzələ yoxsa iqtisadi durum...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı tələbələr Türkiyədən üz döndərib? - Zəlzələ yoxsa iqtisadi durum...

Sosial

13 İyul 2023 21:48 3488


Hər il kifayət qədər azərbaycanlı gənc müxtəlif məqsədlərlə xarici ölkələrə üz tutur. Onların arasında təhsil almaq üçün gedənlər də az deyil. Əgər əvvəllər tələbələr dövlət xətti ilə xaricə təhsil almağa gedə bilirdilərsə, indi öz hesabına və ya təqaüd proqramları vasitəsilə xarici ölkələrə üz tutanları görürük.

Azərbaycanlıların təhsil üçün ən çox üz tutduqları ölkələrdən biri də qardaş Türkiyədir. Hazırda Türkiyənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 27 mindən çoxdur.

Qeyd edək ki, bu ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ bu ölkədə ali təhsil almaq istəyən əcnəbi tələbələrin sayına təsir edib.

Bəs azərbaycanlılar necə, zəlzələ qardaş ölkəyə oxumaq üçün gedənlərə də təsir edibmi?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Beynəlxalq Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Ramal Şəmşədlinin sözlərinə görə, Türkiyəyə oxumaq üçün yollananların sayında azalma olsa da, bu, zəlzələ ilə əlaqəli deyil. Buna əsas səbəb Türkiyə iqtisadiyyatıdır:

 "Türkiyədəki zəlzələdən sonra qardaş ölkəyə oxumaq üçün gedənləri sayında azalma yoxdur. Tələb eyni qaydada davam edir. Sadəcə həmin şəhərlərə tələbələr getmir, amma digər şəhərlərə oxumaq üçün gedirlər. Nisbətən azalma var, amma buna zəlzələ çox az təsir edib. Əsasən Türkiyədəki ekonomik durumlar buna təsir edir.

Məsələn, yataqxanaların əvvəlki illərə nisbətən, bahalı olmağı, yaşam xərclərinin yüksəlməsi buna təsir edir. Məsələn, əvvəllər 10 lirəyə çörək almaq olurdusa, indi 15-20 lirəyə satılır. Bu da bütün qiymətlərə təsir edir. Oradakı geyim, yataqxana. ərzaq qiymətlərinin baha olması gedənlərin sayına təsir edir. Hələ ki, hər şey qaydasındadır".

Ekspert bildirib ki, zəlzələ baş verən vilayətlərdəki universitetlər tələbə qəbul etsə də, azərbaycanlı tələbələr həmin bölgələrə göndərilmir:

"Zəlzələ olan 10 vilayətdəki universitetlər imtahan keçirir və tələbə qəbulunu həyata keçirirlər. Lakin gedən yoxdur. Biz özümüz də o şəhərlərə və Türkiyədəki seysmik zonalara tələbələri istiqamətləndirmirik. Malatya, Elazığ, Adıyaman, Kahramanmaraş, Qaziantep kimi şəhərlərə artıq ümumiyyətlə, tələbə göndərmirik".  

Gülxanım Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!