Azərbaycanlılar ən çox hansı ölkələrə səfər ediblər? — SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar ən çox hansı ölkələrə səfər ediblər? — SİYAHI

Sosial

17 Avqust 2022 14:39 931


Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 829,4 min nəfər olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 1,9 dəfə, Rusiyaya gedənlərin sayı isə 23,2 faiz artıb. Pepperoni pizza

Ölkə vətəndaşlarının 47,9 faizi Türkiyəyə, 16,6 faizi Rusiyaya, 12,2 faizi İrana, 8,3 faizi Gürcüstana, 15 faizi isə digər ölkələrə səfər edib.

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edənlərin 60,1 faizi hava, 37,3 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!