Azərbaycanlılar o uşaqları övladlığa götürə bilməz? – Qanun nə deyir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar o uşaqları övladlığa götürə bilməz? – Qanun nə deyir?

Sosial

13 Fevral 2023 16:42 1131


Türkiyədə baş vermiş zəlzələ zamanı valideynlərini itirən uşaqların övladlığa götürülməsi ilə bağlı çoxsaylı müraciətlər sosial şəbəkələrdə yer alır.

Ötən gün tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik) də dəhşətli zəlzələ nəticəsində hər iki valideynini itirmiş körpələrdən birini övladlığa götürmək istədiyini açıqladı. 

Prodüser övladlığa uşaq götürmək üçün aidiyyəti üzrə dövlət qurumlarına da sosial şəbəkə hesabından müraciət ünvanlayıb. Dördpendirli pizza

Bəs görəsən, azərbaycanlıların Türkiyədən övladlığa uşaq götürməsi hüquqi baxımdan mümkündürmü?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ələsgər Məmmədli xarici ölkələrdən uşaq övladlığa götürməyin mümkün olmadığını deyib:

“Türkiyədəki zəlzələ əlbəttə, Azərbaycan insanını da ciddi üzüntüyə salıb və hər kəs necə yardım edə biləcəyi haqqında düşünür. Mümkün yardımları edir. Mən də şəxsən orada valideyinlərini itirənləri övladlığa götürmək istəyənlərə rast gəlmişəm. Amma bir şeyi unutmaq olmaz, hər ölkənin vətəndaşlıq qanunları və ayrıca sosial müdafiə sahəsində normalar mövcuddur. Kimsəsiz uşaqlara dövlət qurumları və xüsusi uşaq evləri sahib çıxır, bütün məsrəfləri dövlət qarşılayır. Övladlığa verilmə ilə bağlı spesifik hallar istisna olmaqla, başqa ölkə vətəndaşlarına uşaq övladlığa verilmir. Yalnız ölkə vətəndaşlarına verilir”. 

Onun sözlərinə görə, Azərbaycanda tək vətəndaşlığa icazə olduğuna görə bu mümkünsüzdür:

“Türkiyənin qanunvericiliyi bunu aydın şəkildə nəzərdə tutub. Türk vətəndaşı uşağın başqa ölkə vətəndaşına övladlığa verilməsi beynəlxalq və ikili hüquqlarla tənzimlənir. Azərbaycan qanunvericiliyində tək vətəndaşlığa icazə olduğuna görə praktik olaraq bu mümkün olmayacaq. Çünki Türkiyə qanunları Türk vətəndaşlığını itirmə ilə yekunlaşan bir prosedurda Türk vətəndaşının uşağını başqa ölkə vətəndaşlığına vermir. Ana və ata türk vətəndaşı olduğundan uşaq Türk vətəndaşı qalmalıdır. Yalnız verilən ölkə Türk vətəndaşlığını itirməyi tələb etməzsə, bu halda mümkün olur. Bizim qanunvericilik isə buna imkan vermir”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!