Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib

saytların hazırlanması

Evə çatdırılma

Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib

Rəqəmsal

25 Dekabr 2025 16:22 981


Lider mobil operator Azercell cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqların inkişafına töhfə vermək məqsədilə “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” adlı yeni sosial təşəbbüsə başlayıb. Proqramın əsas məqsədi xüsusi qayğı və dəstək mühitində böyüyən uşaqların sosial bacarıqlarının inkişafına dəstək göstərmək və onların cəmiyyətə daha asan inteqrasiyasına şərait yaratmaqdır.

Layihənin icrasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsində başlanılıb. Proqram çərçivəsində artıq iki təlim və maarifləndirici sessiya təşkil olunub. Bu sessiyalar uşaqların hərtərəfli inkişafını hədəfləyərək sosial bacarıqların formalaşdırılması, özünüifadə, yaradıcı düşüncənin təşviqi, həyat tərzi vərdişlərinin aşılanması, həmçinin rəqəmsal savadlılıq və təhlükəsizlik mövzularını əhatə edir.

Təlimlər Çikaqo Universitetinin layihə koordinatoru, gənclərin inkişafı üzrə təlimçi Gülsüm Məmmədova, eləcə də Azercell-in müvafiq sahə üzrə ekspertləri tərəfindən həyata keçirilib. pizza sifarişi

Qeyd edək ki, “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünün mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!