Azercell-in dəstəyi ilə müəllimlər fundamental proqramlaşdırma təlimləri keçib

saytların hazırlanması

Evə çatdırılma

Azercell-in dəstəyi ilə müəllimlər fundamental proqramlaşdırma təlimləri keçib

Sosial

29 Dekabr 2022 14:29 868


İnformatika fənni üzrə müəllimlər üçün olimpiada proqramı istiqamətində təşkil olunan təkmilləşdirmə dərsləri yekunlaşdı. 

Bir müddət öncə “Azercell Telekom” MMC-nin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində təşkil olunan İnformatika fənni üzrə müəllimlərə olimpiadalara hazırlıq dərsləri yekunlaşdı. Layihəyə qoşulan ümumtəhsil müəssisələrinin müəllimləri olimpiada proqramını mənimsəmək və bu istiqamətdə təkmilləşmək imkanı əldə ediblər. Belə ki, imtahan əsasında seçilmiş müəllimlərə 6 həftə boyunca 12 saat ərzində fundamental proqramlaşdırma mövzuları izah edilib və 150-ə yaxın alqoritmik məsələ həll olunub. Müdavimlər paytaxt ümumtəhsil müəssisələrini və bölgələri əhatə edib. Təlimin sonunda müdavimlər Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yekun imtahanlara cəlb olunublar.

Qeyd edək ki, son illərdə məktəblilərimizin informatika fənni üzrə nailiyyətləri artan tendensiya ilə davam edir. Bu da öz növbəsində ümumtəhsil müəssisələrinin müəllimləri arasında bu fənn üzrə olimpiada proqramının mənimsənilməsinə təlabat yaradır. 2017-ci ildən etibarən Azercell şirkəti Elm və Təhsil Nazirliyinin rəsmi tərəfdaşı olaraq məktəblilərimizin informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu təlim proqramlarının nəticəsində gənc istedadlar ölkəmizi layiqincə təmsil edir, yarışlardan qalibiyyətlə qayıdırlar. Pepperoni pizza

 

 

 

 

 

 

 

 

 

r Şəbnəmi "1 manatlqı müğənni" adlandırdılar

Müğənni Şəbnəm Tovuzlunun Qum şəhərində Xanım Məsumənin məqbərəsini ziyarət edərkən çəkdirdiyi baş örtüklü görüntüləri təkcə Azərbaycanda deyil, İranda da maraqla qarşılanıb. Sosial şəbəkələrin həm Azərbaycan, həm də İran seqmenti müğənninin fotolarına özünəməxsus şəkildə münasibət bildirib. 

Yenisabah.az bildirir ki, facebookun Azərbaycan seqmentində xanım müğənniyə daha çox fotolarına görə irad bildirilib. Şəbnəmin tez-tez açıq-saçıq fotolarıyla gündəmə gəldiyini xatırladan azərbaycanlı izləyiciləri onu dini hissləri istismar etməkdə suçlayıblar. 

Müğənninin İranda qadın azadlıqları uğrunda mübarizənin gücləndiyi bir vaxtda qara çarşaba bürünməsinə siyasi rəng verənlər də oldu. Bəzi izləyiciləri Şəbnəmi molla rejiminə dəstək verməkdə suçladı. 

Facebookun İran seqmenti də müğənniyə tənqidi münasibət sərgiləyib. İranlı sosial şəbəkə iştirakçıları Şəbnəmi "Azərbaycan casusu", "ikiüzlü xatun" və "1 manatlıq müğənni" kimi təhqiramiz epitetlərə "qonaq edib". 

Qeyd edək ki, Şəbnəm Tovuzlunun adı ətrafında ajiotaj onun dekbarın 26-da Məşhəd və Qum şəhərində ziyarətgahlara baş çəkməsindən sonra yaranıb. 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!