“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçirdilər

saytların hazırlanması

Evə çatdırılma

“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçirdilər

Sosial

26 May 2026 18:21 126


Azercell əməkdaşlarından ibarət “Azercell Könüllüləri” Qurban bayramı ərəfəsində bir sıra xeyriyyə təşəbbüsləri həyata keçiriblər.

"Yeni Sabah" xəbər verir ki, müqəddəs bayram münasibətilə uşaqları təbrik etmək üçün Könüllülər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər. Tədbir çərçivəsində interaktiv oyunlar və müxtəlif müsabiqələr təşkil olunub, həmçinin uşaqlara hədiyyələr təqdim edilib.

Eyni zamanda, bayram ənənəsinə uyğun olaraq Bakı və bölgələrdə yaşayan bir sıra aztəminatlı ailələrə bayram sovqatı da çatdırılacaq. Ailələrin siyahısı yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunub. Toyuqlu pizza

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” müxtəlif sosial və xeyriyyə təşəbbüsləri vasitəsilə həssas qruplara dəstək göstərir, cəmiyyətdə sosial həmrəyliyin və paylaşma dəyərlərinin təşviqinə töhfə verir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!