Azercell məhkum qadınlar üçün “Kitab Klubu” təşkil etdi

saytların hazırlanması

Evə çatdırılma

Azercell məhkum qadınlar üçün “Kitab Klubu” təşkil etdi

Sosial

13 Mart 2025 11:12 135


Azercell-in cəmiyyətdə mütaliə mədəniyyətinin təşviqi məqsədilə həyata keçirdiyi "Kitab Klubu" layihəsi çərçivəsində növbəti görüş baş tutub.

Yenisabah.az xəbər verir ki, Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunan tədbir 4 saylı cəzaçəkmə müəssisəsi və Qadın Qaynar Xətti ilə birgə əməkdaşlıq çərçivəsində keçirilib.

Görüşdə mütaliə və ədəbiyyatın cəmiyyətin mənəvi və mədəni inkişafına, həmçinin sosial inteqrasiyaya təsiri müzakirə olunub. Tədbirin qonağı tanınmış aktyor, rejissor, ssenari müəllifi Əlixan Rəcəbov Azərbaycan ədəbiyyatında qadın obrazlarının inkişafı barədə danışıb.  Əlixan pizza

klassik və müasir ədəbiyyatda qadınların rolu, eləcə də kitabların ekranlaşdırılmasının ədəbiyyatın geniş auditoriyaya çatdırılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşüb.

Görüş zamanı iştirakçılar seçdikləri şeir və ədəbi nümunələri səsləndirib,ədəbiyyat barədə düşüncələrini bölüşüblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!