Azercell ölkənin qadın liderlərini bir araya gətirir

saytların hazırlanması

Evə çatdırılma

Azercell ölkənin qadın liderlərini bir araya gətirir

Sosial

12 May 2023 14:49 752


Azercell 5-ci dəfə Azərbaycanda keçirilən “SHE (Smart, Happy, Equal) Congress” beynəlxalq qadın konqresinin əsas tərəfdaşı qismində çıxış edəcək. Ölkənin və regionun lider qadınlarını bir araya gətirən bu tədbir iştirakçılara ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq, qadın sahibkarlar və müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq üçün unikal  platforma yaradır. 

Qeyd edək ki, fəaliyyəti boyu qadınlara dəstək olan Azercell şirkəti onları gücləndirən, müxtəlif sahələr, xüsusilə də informasiya kommunikasiya texnologiyaları üzrə bilik və  bacarıqlarını, karyera imkanlarını  artıran çoxsaylı proqramlar həyata keçirir. Konfransda əsas məruzəçilərdən biri kimi çıxış edən  şirkətin Hüquq, Etika və Komlayens departamentinin direktoru Şirin Əliyeva Azercell-in bu sahədə qabaqcıl təcrübəsini tədbir iştirakçıları ilə bölüşəcək.

17 may 2023-cü il tarixində Bakıda JW Marriott ABSHERON otelində “ÖZ HƏYATINA SAHİB OL” ("OWN YOUR LIFE") şüarı altında baş tutacaq konfransda qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş panel müzakirələri, dinamik sessiyalar və seminarlar təşkil olunacaq.  pizza mizza

Tədbir haqqında əlavə məlumatı https://www.facebook.com/events/1283009022288235/ səhifəsində əldə etmək mümkündür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!