“Azercell”  qanvermə aksiyası keçirib - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

“Azercell” qanvermə aksiyası keçirib - FOTOLAR

Rəqəmsal

24 Sentyabr 2025 13:47 846


Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, “Azercell Telekom” MMC xeyiryyəçi təşəbbüslərə dəstəyini davam etdirir.

Yenisabah.az  xəbər verir ki, sentyabrın 23-də şirkətin baş ofisində “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində növbəti qanvermə aksiyası təşkil olunub.

Aksiyanın məqsədi talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatlarının artırılmasına və onların müalicəsinə dəstək göstərməkdir. pizza

Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı və Mərkəzi Qan Bankının ixtisaslı həkimlərinin iştirakı ilə keçirilən aksiyada Azercell-in çoxsaylı əməkdaşları könüllü olaraq qan veriblər. Toplanan qan ehtiyacı olan uşaqların müalicəsinə yönəldiləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!