“Google Pay”, Keşbek və Cash-in ən son əlavə edilən xidmət çeşidləri oldu
Azercell-in “Kabinetim” tətbiqi vasitəsilə nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan verəcək rəqəmsal kartın mövcud xidmət istiqamətlərinə “Google Pay”, Keşbek və Cash-in xidmətləri də əlavə edildi:
Kartın və cüzdanın aktivləşdirilməsi – Kabinetim tətbiqi daxilində Azercell xidmət və satış mərkəzlərinə gəlmədən rahat və tez bir şəkildə Rəqəmsal Karta qoşulma imkanı. Marqarita pizza
“Müştərini tanı” (KYC) verifikasiyası – Real zaman rejimində üztanıma texnologiyaları əsasında ucdan-uca rəqəmsal identifikasiya imkanı.
“Google Pay” və “Apple Pay” - kartı üçüncü tərəflərə ötürmədən rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş həyata keçirmək imkanı.
Keşbek – bütün supermarket, yanacaqdoldurma məntəqəsi, aptek, və avtomobil ehtiyat hissələri mağazalarında 5%, digər ticarət və xidmət məkanlarında isə 1% keşbek imkanı.
Cash-in - eManat terminallarında rəqəmsal kartın balansının artırılma imkanı
Kartdan karta köçürmə (Card to Card) – ölkədaxili istənilən bank kartına heç bir xidmət haqqı tutulmadan kartdan-karta köçürmə etmək imkanı.
Cüzdandan cüzdana köçürmə (Wallet to wallet) – Azercell Rəqəmsal kartının istifadəçiləri arasında bir elektron cüzdandan digər cüzdana heç bir xidmət haqqı tutulmadan vəsait köçürmə imkanı.
Tətbiq daxilində balansın artırılması – hər hansı digər tətbiqə keçmədən cüzdanın balansını birbaşa Kabinetim tətbiqində artırmaq imkanı.
Kommunal ödənişlər – heç bir xidmət haqqı tutulmadan kommunal ödənişləri Kabinetim tətbiqində etmək imkanı.
Cüzdana bağlı olan nömrənin dəyişdirilməsi – abunəçinin karta bağlı mobil nömrəsini digəri ilə dəyişdirmə imkanı.
Kartın Pin Kodunun təyin edilməsi – istifadəçi tərəfindən kartın unikal pin kodunun yaradılması və dəyişdirilməsi.
Azercell-in bazara “akart” ticarət markası altında çıxardığı bu rəqəmsal kartın yeni xidmət istiqamətlərinin genişlənməsi davam edəcək.
“akart” PAŞA Bank, Visa və AzInTelecom-la əməkdaşlıq çərçivəsində tərtib olunaraq ərsəyə gəlib. Kartın emitenti qismində PAŞA Bank, çıxış edir.
Telegram kanalımız