Azəri qızı Günel Gülşənin müdafiəsinə qalxdı   - Tənqid olundu

saytların hazırlanması

Evə çatdırılma

Azəri qızı Günel Gülşənin müdafiəsinə qalxdı - Tənqid olundu

Şou

26 Avqust 2022 17:17 1154


Azəri qızı ləqəbi ilə məşhurlaşan müğənni Günel Zeynalova türkiyəli həmkarı Gülşəni dəstəklədiyi üçün tənqid edilib.

Yenisabah.az xəbər verir ki. Ifaçı tənqidlərə cavab verib. O, həmkarının cinayət törətmədiyini, bağışlana biləcəyini deyib:

"Mənə Gülşəni paylaşdığım üçün yazanlar olub. Uğursuz açıqlamasını dəstəkləmədim. Bir sənətçi dostumun həbs olunacaq qədər ağır cinayət törətmədiyini və üzr istəməyinə baxmayaraq, tutulduğu üçün yanında olduğumu dilə gətirdim. Homoseksual ya da dinimizi təhqir etdiyini yazırsınız. Mən Allahımı sevən, dinimə və bütün dinlərə sayğı duyan bir insanam. Təəssüf ki, biz çox da sevə bilmədiyimiz dünyada və hər şəkildə, hər şeylə, hər kəslə birgə yaşayırıq. O zaman bütün homoseksuallar və ya günahlandırdığınız, utandığınız şəxslər cəza alsın. Bəs o qədər qadın öldürülür, uşaqlara təcavüz edilir. Onlar niyə əllərini-qollarını sallayaraq gəzirlər? Etməyin, Allah eşqinə!”. pizza hut

Qeyd edək ki, Gülşən konsertdə işlətdiyi ifadəyə görə həbs olunub. O, konsert zamanı birini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, ifadəsini işlədib. Gülşənin sözləri həmin liseydə təhsil alanların və məzunların, həmçinin dindarların ciddi narazılığına səbəb olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!