“Azəriqaz” gələn həftə dörd şəhər və rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz” gələn həftə dörd şəhər və rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək

Sosial

26 Noyabr 2022 16:26 755


Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi gələn həftə bir şəhər və üç rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-a qədər Zaqatala rayonunda (Mədəniyyət Mərkəzinin qarşısında), 2-ci günü saat 14:00-dan 15:00-a qədər Oğuz rayonunda (Zərifə Əliyeva Parkında), 3-cü günü saat 11:00-dan 12:00-a qədər Qəbələ rayonunda (Zərifə Əliyeva Parkında), 5-ci günü saat 11:00-dan 12:00-a qədər isə Şəki şəhərində (Mirzə Fətəli Axundov Parkında) baş tutacaq. pizza mizza

Vətəndaşlar aksiyaların imkanlarından istifadə edərək problem və təkliflərini ifadə edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!