“Azəriqaz” sayğacları yoxlamadan keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz” sayğacları yoxlamadan keçirəcək

Sosial

17 Mart 2022 21:59 563


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq qapı” aksiyası 18 mart saat 12:00-da Birliyin Metrologiya Departamentində (Nizami rayonu, Oktay Əliyev 72) keçiriləcək.

Yenisabah.az xəbər verir ki, "Azəriqaz” İB yanında İctimai Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatının artıq yazması ilə bağlı şikayətlərin daxil olduğunu bildirib. Bu səbəbdən Birlik bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin edəcək. "Açıq qapı" aksiyası çərçivəsində bu prosesi izləmə imkanınız olacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Aksiya Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!