“Azəriqaz”dan “həyat yoldaşım evdə yoxdur“ deyən qadınlara jest

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz”dan “həyat yoldaşım evdə yoxdur“ deyən qadınlara jest

Sosial

28 Aprel 2023 13:25 16402


“Azəriqaz” İstehsalat Birliyi bəzi mənzillərdə baxış keçirən zaman qadın əməkdaşları ilə birgə mənzilə daxil olacaq.

Yenisabah.az xəbər verir ki, bu haqda  birliyin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev danışıb.

Media və QHT nümayəndələrinin sualları cavablandıran E.Vəliyev bunun mentalitetlə bağlı olduğunu qeyd edib: Dominos pizza

“Bizim millətin mentalitetdən dolayı digər millətlərdən fərqi var. Bəzən bizə “Yoldaşım evdə yoxdur, mən qapını aça bilmərəm” kimi cavablar verirlər. Bu məsələ də rəhbərlik tərəfindən müzakirə olundu və qurumun rəhbəri Ruslan Əliyevin tapşırığına əsasən, bu cavabları verən mənzillərə getdikdə qadın əməkdaşlarımız da orada iştirak edəcək. Belə edəcəyik ki, xanımlar rahat olsun”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!