“Azərişıq” Ağcabədinin kəndlərində elektrik şəbəkəsini yenidən qurur - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” Ağcabədinin kəndlərində elektrik şəbəkəsini yenidən qurur - VİDEO

Sosial

29 Avqust 2022 14:33 837


“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir. 

Qurumdan Yenisabah.az-a bildiirlib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Ağcabədinin Cəfərbəyli və Ağabəyli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur. 

Yenidənqurma işləri çərçivəsində 1000-dən çox sakinin yaşadığı Cəfərbəyli kəndində 3 komplekt transformator məntəqəsi istismara veriləcək. Ümumilikdə 25 km-dək elektrik xətti yenilənəcək. Sezar pizza

Ağcabədinin Ağabəyli kəndində də yenilənmə işlər davam etdirilir. 700-ə yaxın sakini olan Ağabəyli kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 20 km-ə qədər elektrik xətti dəyişdirilərək izoliyasiyalı naqillərlə əvəzlənəcək. 

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Ağcabədinin Cəfərbəyli və Ağabəyli kəndləri ilə yanaşı, Mehrablı kəndində də  işlər aparılır. Növbəti mərhələdə isə rayonun Şənlik və Qardolaq kəndlərinin də elektrik şəbəkəsi yenidən qurulacaq. 

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!