“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Lənkəranda vətəndaşları qəbul etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Lənkəranda vətəndaşları qəbul etdi - Foto

Sosial

11 Dekabr 2023 21:24 530


Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov dekabrın 11-ində Lənkəranda Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edib.

Yenisabah.az xəbər verir ki, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib. pizza

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər. Sakinlər görülən işlərlə bağlı cənab prezident İlham Əliyevə minnətdarlığını bildiriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!