“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Sosial

08 May 2021 15:42 911


“Azərişıq” ASC bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon Elektrik Şəbəkələrində növbətçilik rejimi tətbiq edilərək, qəza xidməti və “199” Çağrı Mərkəzi 24 saat istehlakçıların xidmətindədir. Marqarita pizza

Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb.

İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar “Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə müraciət etsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!