“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Sosial

18 Mart 2022 18:11 434


“Azərişıq” ASC Novruz bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Bu barədə Yenisabah.az-a qurumdan məlumat verilib.

Məlumata görə, səhmdar cəmiyyətinin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon Elektrik Şəbəkələrində növbətçilik rejimi tətbiq ediləcək, qəza xidməti və 199 Çağrı Mərkəzi 24 saat istehlakçıların xidmətindədir. pizza

Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb.

“İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar "Azərişığ”ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər”, - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!