“Azərişıq” bütün regionlarda yenidənqurma işləri aparır - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” bütün regionlarda yenidənqurma işləri aparır - VİDEO

Sosial

03 Avqust 2022 14:35 944


Neftçala rayonunun 4 kəndinin elektrik şəbəkəsi yenidən qurulur.

Yenisabah.az xəbər verir ki, prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Neftçalanın Qaraqaşlı, Beştalı,Cəngan,Ərəbqardaşbəyli kəndlərində işlərə başlanılıb.

Ötən əsrin 60-ci illərindən istismarda olan 4 kəndin elektrik şəbəkəsi tamamilə yenidən, müasir formada qurulacaq. pizza sifarişi

Hər zaman olduğu kimi “Azərişıq” ASC-nin əsas hədəfi abonent məmnunluğunu təmin etməkdir. Bunun məqsədlə Neftçalanın Qaraqaşlı, Beştalı, Cəngan və Ərəbqardaşbəyli kəndlərində də abonentlər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq.

Bu kəndlərdən başqa, rayonun Mayak-1, Qırmızı Şəfəq və Yenikənd kəndlərində də tezliklə işlərə start veriləcək.

Xatırladaq ki, investisiya layihəsi regionlarda 100-dən çox kəndi əhatə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!