“Azərişıq” və Agentliyin birgə layihəsi: İşsizlər yeni imkanlar əldə edib

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” və Agentliyin birgə layihəsi: İşsizlər yeni imkanlar əldə edib

İqtisadiyyat

08 İyul 2026 12:24 58


Əhalinin məşğulluq imkanlarını genişləndirmək, işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğun peşə bilik və bacarıqlarına yiyələnməsinə şərait yaratmaq və onların enerji sektorunda uzunmüddətli və dayanıqlı məşğulluğunu təmin etmək məqsədilə “Azərişıq” ASC və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi birgə məşğulluq layihəsi icra edir.

Birgə əməkdaşlıq çərçivəsində Dövlət Məşğulluq Agentliyində işsiz və ya işaxtaran şəxs kimi qeydiyyatda olan vətəndaşlar müsahibə və seçim mərhələsindən uğurla keçdikdən sonra “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində peşə hazırlığı üzrə xüsusi təlim proqramına cəlb olunurlar.

Təlim müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, “Azərişıq” ASC-nin infrastruktur obyektlərində və xidmət sahələrində real məşğələlərə cəlb olunaraq paylayıcı elektrik şəbəkələrinin istismarı, qurğu və avadanlıqların iş prinsipləri, texniki təhlükəsiz qaydaları, elektrik enerjisinin uçotu, abonentlər iş və digər mövzularda praktiki vərdişlər də əldə edirlər. Dördpendirli pizza

Artıq layihə çərçivəsində təlimləri müvəffəqiyyətlə başa vurmuş bir qrup şəxs “Azərişıq” ASC-nin müvafiq struktur bölmələrində vakant vəzifələrə işə qəbul olunmuşlar.

Layihənin uğurlu nəticələri nəzərə alınaraq, gələcəkdə daha çox işsiz və işaxtaran şəxsin təlim proqramlarına cəlb edilməsi, müxtəlif peşə istiqamətləri üzrə yeni təlimlərin təşkili, eləcə də layihənin işğaldan azad olunmuş ərazilər də daxil olmaqla ölkənin müxtəlif regionlarını əhatə edəcək şəkildə mərhələli genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!