“Azəristiliktəchizat” köçkünlərdən işlətmədikləri suyun pulunu alır?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Azəristiliktəchizat” köçkünlərdən işlətmədikləri suyun pulunu alır? - AÇIQLAMA

Sosial

17 May 2021 15:12 1422


Bakının Sabunçu rayonu, “Şuşa” qəsəbəsində müvəqqəti məskunlaşmış bir qrup köçkün “Azəristiliktəchizat”ın fəaliyyətindən narazıdırlar.

Onların fikrincə, qurumun fəaliyyətində qeyri-şəffaflıq var. Belə ki, sakinlər "Şuşa" qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş yaşayış binasında sayğac olmadığı halda onlardan hər adama görə aylıq 6 manat isti su sərfiyyatına görə pul alındığını deyirlər.

Bu barədə Yenisabah.az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, qurumun fəaliyyətində qanuna zidd heç nə yoxdur: Dominos pizza

“Birincisi, tarif adambaşına 6 manat miqdarında müəyyənləşdirilməyib. Sayğac olan mənzillərdə qanunvericiliyə əsasən  sayğac göstəricilərinə görə pul alınır. Sayğac olmayan mənzillərdə adambaşı aylıq isti su istehlakı 2 kub metr həcmində müəyyən edilib. Tarif də belə təsdiq olunub, indi də 3 manat 35 qəpikdir. O da baxır əraziyə. Əraziyə uyğun olaraq müxtəlif tariflər tətbiq olunub”.

Onun sözlərinə görə bəzi binalara isti suyun müəyyən saatlarla verilməsinə səbəb əhalinin isti su üçün ödənişləri tam ödəməməsidir: 

 “O ki, qaldı isti suyun verilmə vaxtı məsələlərinə, ödəniş aşağı olduğuna görə, bəzi binalara məhdudiyyət tətbiq etmişik ki, istehlakçılar ödəsinlər. 24 saat isti su verilərsə, qazanxananın ödənişlərini qarşılamaq mümkün deyil. Ona görə də isti su verilməsində saatlarda bəzi məhdudiyyətlər tətbiq edilib. Əhali tərəfindən istilik haqları tam ödənildiyi halda, bütün məhdudiyyətlər aradan qaldırılacaq”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!