“Azərsu” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

saytların hazırlanması

Evə çatdırılma

“Azərsu” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Sosial

05 Noyabr 2022 16:22 824


"Azərsu" ASC qarşıdan gələn 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günündə (qeyri-iş günlərində) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Yenisabah.az-a qurumdan bildirilib.

Məlumata görə, bayram günlərində mərkəzi idarə aparatında, regional və yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu”yun sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub. Dördpendirli pizza

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması üçün bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.

"İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etsinlər", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!