Azov dənizində dron hücumu: Sağ qalan azərbaycanlı dənizçi   dəhşətli anları təsvir etdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azov dənizində dron hücumu: Sağ qalan azərbaycanlı dənizçi dəhşətli anları təsvir etdi - VİDEO

Hadisə

06 İyun 2026 00:32 113


Azov dənizində dron hücumu zamanı sağ qalan azərbaycanlı dənizçi yaşanan dəhşətli anlardan danışıb.

"Yeni Sabah" İTV-yə istinadla xəbər verir ki, hadisə zamanı gəmidə olan və sağ qalan heyət üzvü faciəni belə təsvir edib:

"3-cü kapitan Məhəmməd Əliyev idi. Xidmət dəyişərkən dron vasitəsilə iki zərbə endirildi. Biz nə qədər kömək etmək istəsək də, buna nail ola bilmədik. Son 6 ilin ən güclü zərbəsi idi. Gəmi Moskvanın hədəfində idi. Onları heç cür xilas edə bilmədik. Həlak olanlar orada qaldılar". pizza sifarişi

Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları həyata keçirilib. Nəticədə beş nəfər həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!