“AzParking”dən növbəti narazılıq: “SON” yazdı, yenə pul çıxdı

saytların hazırlanması

Evə çatdırılma

“AzParking”dən növbəti narazılıq: “SON” yazdı, yenə pul çıxdı

Sosial

22 May 2026 15:29 159


Bakıda parklanma sistemi ilə bağlı narazılıqlar səngimək bilmir. Vətəndaşlar tez-tez ödənişlərin düzgün hesablanmaması, sistemdə texniki problemlər və balansdan artıq məbləğin çıxılması ilə bağlı şikayətlər səsləndirirlər. Bu dəfə oxşar problemlə jurnalist Xalid Kazımlı üzləşib.

“Yeni Sabah” xəbər verir ki, jurnalist Xalid Kazımlı bildirib ki, bu gün saat 13:00-da Nəsimi “voenkomatı”nın yanında maşınını park edib, “Azparking”ə SMS göndərib. Təxminən 10 dəqiqə sonra geri qayıdaraq “SON” yazıb çıxıb.

Amma sonradan məlum olub ki, sistem “SON” mesajını qeydə alsa da, parklanmanı növbəti saata keçirib və əlavə ödəniş çıxıb. pizza sifarişi

Etiraz olaraq “Haramınız olsun” mesajı göndərən jurnalistə sistemdən “Göndərdiyiniz sorğu yanlışdır” cavabı gəlib.

“Hər gün nəsə bir fırıldaq görürük. Əlində ülgüclə xalqın cibini kəsmək uğrunda yarış gedir…” – deyə Xalid Kazımlı paylaşımında vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!