“Aztelekom”la bağlı araşdırma gedir - Dövlət Agentliyi

saytların hazırlanması

Evə çatdırılma

“Aztelekom”la bağlı araşdırma gedir - Dövlət Agentliyi

Sosial

31 Avqust 2026 14:24 450


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Aztelekom" MMC-nin xidmət tarifləri və təklif etdiyi internetin sürəti ilə bağlı araşdırma və təhlillər aparır.

"Yeni Sabah" xəbər verir ki, Rəqabət Məcəlləsinin 39.2.1-ci maddəsinin tələbinə əsasən edilən müraciətlər çərçivəsində təbii inhisar subyektlərinin razılıq alınması tələb olunan hərəkətlərinə nəzarət tədbirləri həyata keçirilir.

Nəzarət tədbirləri xüsusilə trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflərin tətbiq edilməsi və genişzolaqlı internet xidmətləri bazarında minimum internet sürəti ilə bağlı məsələləri əhatə edir. Hazırda hər iki istiqamət üzrə hərəkətlə bağlı araşdırma və təhlillər davam edir. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!