AzTV-də pozuntu aşkarlandı: Pul geri qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

AzTV-də pozuntu aşkarlandı: Pul geri qaytarıldı

Sosial

08 Aprel 2024 16:29 517


Ötən il “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) aparılan audit tədbirlərində bir sıra nöqsanlar hələ də var. Bu pozuntuların əksər hissəsinin aradan qaldırılması üçün televiziyanın rəhbərliyi tərəfindən təşəbbüslər irəli sürülüb.

“Yenin Sabah” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə materiallar barədə qısa bir məlumat ictimailəşib. pizza hut

“Aparılan auditin nəticəsi hüquq-mühafizə orqanlarına təqdim edilməyib. Orada sadəcə bir məsələ, podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar edilib. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb”, - deyə sədr əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!