AzTV-nin 3 musiqi kollektivi Mədəniyyət Nazirliyinin tabeliyinə keçdi

AzTV-nin 3 musiqi kollektivi Mədəniyyət Nazirliyinin tabeliyinə keçdi

Mədəniyyət Veb saytların hazırlanması

22 Sentyabr 2022 17:23 2107


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən musiqi kollektivlərindən 3-ü Mədəniyyət Nazirliyinin tabeliyinə keçib. 

Yenisabah.az xəbər verir ki, bu barədə QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayıb.

Bu qərar QSC-də yeni və beynəlxalq təcrübəyə uyğun aparılan struktur islahatları çərçivəsində çıxarılıb. Qərara əsasən, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Niyazi adına Simfonik Orkestr, Cahangir Cahangirov adına Xor Kapellası artıq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. 

Digər kollektivlər fəaliyyətlərini QSC-nin nəzdində davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!