“AzTV-nin əməkdaşı döyüləndə cinayət işi açılırsa...” – Media eksperti

saytların hazırlanması

Evə çatdırılma

“AzTV-nin əməkdaşı döyüləndə cinayət işi açılırsa...” – Media eksperti

Sosial

30 Sentyabr 2021 15:21 1012


Ötən gün Kanal13 “YouTube” kanalının jurnalisti Əvəz Hafizli vəzifə öhdəliklərini yerinə yetirərkən təzyiqlərə məruz qalıb. Onun Yasamal rayon icra başçısı Elşad Həsənova məxsus restoranda döyüldüyü iddia olunur.

Azərbaycanda jurnalistlərin təzyiqlərə məruz qalması ilk dəfə baş vermir. Bəs KİV nümayəndəsinin vəzifə öhdəliklərini yerinə yetirərkən fiziki təzyiqə məruz qalması hansı cinayət məsuliyyəti yaradır, jurnalistə zor tətbiq edən şəxsləri nə cür cəza gözləyir?

Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, jurnalistə qarşı hörmətli davranmaq hər kəsin borcudur: Pepperoni pizza

“Jurnalist həqiqətən zərər çəkibsə, dərhal Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğa müraciət edib, cinayət işinin açılmasını tələb etməlidir. Əgər faktlar varsa, hüquq-mühafizə orqanları dərhal jurnalistin qanuni peşə fəaliyyətinə qəsdən mane olmaq, zor tətbiq etmək səbəbi ilə (zor tətbiq etmə hədəsi baş versə belə) bu müddəanı tətbiq etməlidir. 

İfadə azadlığı Konsitutisiya ilə qorunur. Bununla yanaşı, jurnalistin fəaliyyətinə qanunsuz mane olmaq, zor tətbiq etmək, onu hədələmək, kamerasına toxunmaq, alətlərini qırmaq yolverilməz haldır. Buna görə konkret cinayət məsuliyyəti nəzərdə tutulur”.

Ələsgər Əhmədoğlu icra başçısının restoran yox, rayon idarə etməli olduğunu qeyd edib:

“İcra başçısının restoranının olması anlayışı biraz maraqlıdır. İcra başçısı rayonu idarə etməlidir, restoranı yox.

Jurnalistə qarşı hörmətli davranmaq hər kəsin borcudur. Fərqi yoxdur hansı medianın jurnalistidir, zərərçəkənə heç bir diskriminasiyaya məruz qalmadan bərabər yanaşmalıdırlar. AzTV-nin əməkdaşı döyüləndə cinayət işi açılırsa, Kanal13-ün əməkdaşı döyülən zaman da cinayət işi açılmalıdır”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!