Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) keçirdiyi tender müsabiqəsinin qalibi “Ukrayna Ticarət Evi” MMC (VÖEN – 1404173661) olub.
"Yeni Sabah" yeniavaz.com-a istinadla xəbər verir ki, tenderin qalibi olan şirkət Kino Agentliyinin sifarişi əsasında filmlərin dublyaj və subtitrlaşdırma xidmətini həyata keçirəcək və qarşılığında 303 min 953 manat 25 qəpik alacaq.
10 manat nizamnamə kapitalı olan “Ukrayna Ticarət Evi” MMC 6 aprel 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC dövlət qeydiyyatına alınan zaman şirkətin qanuni təmsilçisi Yuriy Osadçenko Leonidoviç olub. Hazırda MMC-yə Nərmin Eysan qızı Məhərrəmzadə rəhbərlik edir. Dominos pizza
Daha əvvəl “Ukrayna Ticarət Evi” MMC-nin qanuni təmsilçisi 59 saylı Quba seçki dairəsindən deputat seçilən Əlibala Məhərrəmzadədir. O, iqtisadiyyat elmləri doktoru, eyni zamanda yazıçı-publisistdir.
Daha əvvəl məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən millət vəkilinin köməçisi Elnur Xəlilov bildirib ki, Əlibala Məhərrəmzadə 6 sentyabr 2024-cu il tarixindən “Ukrayna Ticarət Evi” MMC-nin təsisçiliyindən azad olunub. Deputatın köməkçisi qeyd edib ki, Əlibala Məhərrəmzadə həm də MMC-nin qanuni təmsilçiliyini başqa bir şəxsə təhvil verib.
2022-ci ilin yanvar ayında Ukrayna Prezidenti Volodimir Zelenski Əlibala Səttar oğlu Məhərrəmzadəni III dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edib.
Eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ildə Bakıda “Ukrayna Ticarət Evi” MMC-yə məxsus “Ukrayna Məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazasının açılış mərasimində də iştirak edib.
“Ukrayna Ticarət Evi” MMC-nin qanuni təmsilçisi olan N.Məhərrəmzadə daha əvvəl “Kaspian Audit Kompani” MMC-nin də direktoru olub. Auditorlar Palatasının məlumatına görə, “Kaspian Audit Kompani” MMC-nin faktiki hüquqi ünvanı “Nərimanov rayonu, Salamzadə 65B”də yerləşir. Bu ünvan eyni zamanda “Ukrayna Ticarət Evi” MMC-nin hüquqi ünvanı hesab olunur. “Kaspian Audit Kompani” MMC-nin hüquqi ünvanı isə millət vəkili Əlibala Məhərrəmzadənin qeydiyyatda olduğu ünvanda yerləşir. Hazırda “Kaspian Audit Kompani” MMC-yə Məhərrəmov Cəmil Səttar oğlu rəhbərlik edir.
Ticarət Evi 2024-cü ildə AzTV-yə, 2025-ci ildə isə Dövlət Gömrük Komitəsinə sendviçlər satıb.
Telegram kanalımız