"Ənsərulllah" hərəkatının (husilər) Qırmızı dənizdə mühüm keçid olan Bab-əl Məndəb boğazında Səudiyyə Ərəbistanının tankerlərinə zərbə endirməsi dünya neft bazarında ciddi təşvişə səbəb olub.
"Yeni Sabah" xəbər verir ki, dünya bazarında neftin qiyməti 96 dolları ötüb.
Londonun “ICE” birjasında Brent markalı neftin sentyabr fyuçersləri 2,08 ABŞ dolları və ya 2,21% bahalaşaraq bir barel üçün 96,15 ABŞ dollarına yüksəlib. Dördpendirli pizza
“Nymex” birjasında “WTI” markalı neftin sentyabr fyuçersləri isə 1,51 ABŞ dolları və ya 1,74% artaraq 88,34 ABŞ dolları təşkil edib.
Bab-əl Məndəb dünya neft bazarının əsas təchizatçılarından olan Ər-Riyadın bazara Hörmüzdənkənar yeganə çıxış imkanıdır. ABŞ-İran münaqişəsi başlanandan bəri Səudiyyə nefti ixracının əsas hissəsini bu boğazla dünya bazarın çıxarırdı.
Telegram kanalımız