Baba Vəziroğlu: “Meyxanaçı Balaəliyə qulaq asıram, hazırcavabdır, “Nu poqodi nu, yari mələs hu...”

saytların hazırlanması

Evə çatdırılma

Baba Vəziroğlu: “Meyxanaçı Balaəliyə qulaq asıram, hazırcavabdır, “Nu poqodi nu, yari mələs hu...”

Sosial

03 Avqust 2023 15:30 1337


“Meyxəbər” verilişinin formatını normal qəbul edirəm. Cəmiyyətin böyük əksəriyyəti meyxanaya meyillidir. Baş verən hadisələrə meyxanaçıların təqdimatında  nəzər salınması maraqlıdır. İndiyə qədər “Meyxəbər”ə baxmamışam, böyük məmnuniyyətlə növbəti buraxılışlara baxacağam ki, görüm nə danışırlar. Amma heç nə məni təəccübləndirməyəcək, çünki özümüzü görəcəyəm. Elə bil tində oturublar, gündəlik baş verən hadisələr barədə öz fikirlərini söyləyirlər. Hər kəs öz səviyyəsində danışır".

Yenisabah.az Pravdaya istinadla xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O əlavə edib: "Elə bilirsiniz ki, siyasi verilişlərdə danışan bəzi deputatlarımız, alimlərimiz meyxanaçılardan ağıllı danışırlar? Bəzi deputatlar, alimlər, hətta guya politoloqlar elə danışırlar ki, yumşaq sözlə desək, adamın əti tökülür. Meyxanaçılar heç olmasa səmimidirlər.  pizza sifarişi

Gecə saat 12-dən səhərədək meyxanaya qulaq asıb atılıb-düşən, hər şeyi qafiyədə sevən millətik. Öz də qafiyələr nə qədər vulqar, qeyri-etik olsa, o qədər bizə xoş gəlir. Biz həmin o toplumuq ki, canlı anamıza qiymət vermirik, amma bir aylıq kasıb maaşımızı verib ana mahnısını çalıdırıb zövq alırıq”.

B. Vəziroğlu “Meyxanaçılardan kimə qulaq asırsınız” sualına belə cavab verib: “İndiki meyxanaçılardan Balaəliyə böyük məmnuniyyətlə baxıram. Mənə maraqlıdır, çünki bu adam başdan-ayağa koloritdir. Azərbaycan tipidir, özü də çox istedadlı adamdır. Həm ritmi, həm bədahətən söz deməsi, artistizmi. Çox maraqlı adamdır. İnsan elə həmişə müəyyən əsərlərə baxıb ağlamaz ki. Adam arada əylənmək də istəyir.

Ona görə də son vaxtlar sosial şəbəkələrdə rastıma çıxanda Balaəliyə çox böyük məmnuniyyətlə qulaq asıram. Ürəyim açılır, adam bütün məclisi canlandırır. Çox hazırcavabdır. “Nu poqodi nu, yari mələs hu...” kimi qafiyələr çıxarır. Bu da əyləncə növüdür. Sənət həm də əyləncə deməkdir axı. Balaəli qeyri-etik ifadələr işlətmir. Mənim rastıma çıxmayıb. Bəlkə də, qapalı məclislərdə edir, bunu bilmirəm. Sosial şəbəkələrdə normal yumorlu, satiralı meyxanalarını görmüşəm. Musiqi duyumu, ritmi olan adamdır. Hərəkətləri mənə ləzzət edir. Yəni meyxanaçıların sırasında çox istedadlı adamlar var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!