Babək Niftəliyevdən etiraf: Qız kurs yoldaşlarını...

saytların hazırlanması

Evə çatdırılma

Babək Niftəliyevdən etiraf: Qız kurs yoldaşlarını...

Şou

14 Oktyabr 2026 09:56 215


Əməkdar artist Babək Niftəliyev tələbəlik dövründəki qısqanc xarakterindən danışıb.

“Yeni Sabah” xəbər verir ki, xanəndə “Xəzər axşamı” verilişində qısqanclığının o illərdə gündəlik həyatına da təsir etdiyini söyləyib.

O, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində oxuduğu vaxtlarda xanım kurs yoldaşlarının nahar fasiləsində yaxınlıqdakı kafeyə gedərkən belə onlardan ayrılmaq istəmədiyini bildirib. Sənətçi bunun səbəbini qısqanc olması ilə izah edib: Toyuqlu pizza

“Çox qısqanc insanam. Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alanda istəmirdim ki, məktəbimizin qızlarına kimsə başqa gözlə baxsın”.

Qeyd edək ki, Babək Niftəliyev vaxtilə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində müəllim işləyib. Hazırda isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsində çalışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!