Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

Sosial Veb saytların hazırlanması

04 Oktyabr 2023 12:46 237


Sabahdan məktəbəqədər təhsil müəssisələrinə (bağça) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Yenisabah.az xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi oktyabrın 12-də başa çatacaq.

Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Nüsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!