Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

saytların hazırlanması

Evə çatdırılma

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Rəqəmsal

28 Avqust 2026 12:45 58


Bakcell danışıq dəqiqələri, internet, SMS və rouminq imkanları ilə yanaşı, sosial şəbəkələrdə istifadə üçün əlavə internet bonusları təqdim edən “GO” tariflərini abunəçilərinə təklif edir.

0.99 AZN-dən başlayan “GO” tariflərindən birinə qoşulan istifadəçilər WhatsApp, Facebook, Instagram, TikTok və YouTube platformalarında istifadə üçün əlavə internet bonusları əldə edirlər. Məsələn, “GO 11.99” tarifi çərçivəsində istifadəçilərə 5 GB internet, 300 ölkədaxili danışıq dəqiqəsi, bütün istiqamətlər üzrə 150 SMS və WhatsApp-da limitsiz yazışmaq imkanı təqdim olunur.

Qeyd edək ki, mövcud tariflərdən “GO” tariflərinə keçid tamamilə ödənişsizdir. “GO” tarifləri haqqında ətraflı linkə keçid edərək əldə etmək mümkündür. Dominos pizza

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!