Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha əlavə bir reys təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha əlavə bir reys təyin edildi

Sosial

01 Yanvar 2024 19:43 684


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət ekspres sürət qatarını əlavə reysə cəlb edib.

Yenisabah.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, yanvarın ikisi, dördü və beşində qatar saat 16:00-da Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın üçü, beşi və altısında isə saat 08:30-da Ağstafadan Bakıya yola düşəcək. Sezar pizza

“Bundan başqa, Bakı-Ağstafa-Bakı marşrutunda qatarlarımız tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz”, - məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!