Bakı küçələrinə şəhid adlarının verilməsi ilə əlaqədar iş aparılır

saytların hazırlanması

Evə çatdırılma

Bakı küçələrinə şəhid adlarının verilməsi ilə əlaqədar iş aparılır

Sosial

13 Oktyabr 2022 14:19 950


Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. 

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün ölkəmizin bütün bölgələrində abidələr qoyulur, bulaqlar tikilir, parklar salınır. 

Bakının bəzi küçələrinə şəhid adlarının verilməsi ilə əlaqədar iş aparılır. Pepperoni pizza

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən küçə adları ilə bağlı Komissiyadan məlumat verilib.

Komissiyanın sədr müavini Elmin İmanov bildirib ki, paytaxtın adları qəribə olan bəzi küçələrinin adı artıq dəyişdirilib:

“Hazırda Bakının rayon icra hakimiyyətlərinə rəsmi məktublar daxil olur, müvafiq rayonların ərazisində bir sıra küçələrə şəhid adlarının verilməsi ilə bağlı iş davam etdirilir.

Proses davam etdiyinə görə, bu gün əsas üstünlük verilən istiqamət orden və Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman adı almış şəhidlərimizin adlarının əbədiləşdirilməsidir”.

“Artıq xeyli küçənin adı dəyişdirilib. Şəhid valideynlərinin, ailələrin qaldırdığı məsələləri həssaslıqla qarşılayırıq. Amma bu yalnız qanunvericiliklə müəyyən edilir. İstənilən halda, araşdırmalarımız davam etdirilir və qəribə küçə adlarının daha bir hissəsinin dəyişdirilməsi də həyata keçirilə bilər”, - Komissiyanın sədr müavini qeyd edib.

"Yeni Çağ" Media Qrupunun baş direktorunun müavini Araz Zeynalov hesab edir ki, şəhidlərimizin adlarını əbədiləşdirmək, xatirəsini əziz tutmaq müqəddəs vəzifəmizdir. Bizim onlara bir ömür boyu vəfa borcumuz var. Onsuz da şəhidlər ölmür, diridirlər, əbədidirlər. Amma onların adını həm də biz öz əməllərimizlə əbədiləşdirməliyik:

"Şəhidlərin adlarını əbədiləşdirməyin müxtəlif yolları var. Ən populyar üsul onların adlarını müxtəlif küçə və meydanlara, parklara, xiyabanlara, məktəblərə verilməsidir. Bu baxımdan Bakı Şəhər İcra Hakimiyyətinin son vaxtlar paytaxtda adları qəribə olan bəzi küçələrin adlarını dəyişdirməsini təqdir edirəm. Sevindirici haldır ki, bir çox küçələrə Qarabağ Müharibəsi şəhidlərinin adları verilir. Bu proses Bakı ilə yanaşı, regionlarda da davam etdirilməlidir. Rayonlarda doğulan, böyüyən, yaşayan sonradan şəhadətə yüksələn şəhidlərimizin adlarının əbədiləşdirilməsinə əlahiddə ehtiyac var. Gənc nəsillər onları tanımalı, fəxr etməlidirlər.

Fikrimcə, şəhidlərimizin adlarını əbədiləşdirməyin bir yolu da onların xatirəsinə yeni əsərlərin – roman və povestlərin, şeirlərin, mahnıların yazılmasından, bədii-sənədli filmlərin çəkilməsindən keçir.

Bu sahədə yaradıcı adamların üzərinə böyük vəzifələr düşür. Bizim üçün ölənləri yaşatmağı bacarmalıyıq". 

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!