Son zamanlar Bakı mağazalarımızda Rusiya və Ukraynadan gətirildiyi iddia edilən şirniyyat məhsullarına peyda olub. Ukraynada gedən müharibə əsnasında ixracın xeyli azalmasını nəzərə alaraq, Azərbaycandakı ticarət obyektlərində məşhur brendlərin məhsulları necə peyda olur?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Yenisabah.az-a açıqlamasında bildirib ki, bu barədə AİB-ə şikayət daxil olmayıb.
“Təəssüf ki, Azərbyacn istehlakçılar saxta malları ayırd etməkdə o qədər də mahir deyillər. Saxta məhsullarla qarşılaşan zaman istehlakçılara məsləhət görürəm ki, 1100 qaynar telefon xəttinə və Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə (AQTA) məlumat versinlər”, – deyə E. Hüseynov fikrini yekunlaşdırıb. Toyuqlu pizza
Həcər ƏMİRASLANLI
Telegram kanalımız