Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə sosial videoçarx hazırlayıb - Video
26 Mart 2020 16:18
205

Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə sosial videoçarx hazırlayıb - Video

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.

Yenisabah.az bildirir ki, videoçarxda xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda vətəndaşlarımıza özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdə qalmaq, dərhal  şəxsi həkimlərinə və ya Təcili Tibbi Yardım Stansiyasına – 103 və 113  xidmətinə və ya 24 saat fəaliyyət göstərən qaynar xətt –“1542”-yə müraciət etmək tövsiyə olunur.

Oxşar xəbərlər