Bakı metrosu tədris mövsümünə hazırdır? - “Gələn həftədən sərnişindaşımada artımlar gözlənilir”

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosu tədris mövsümünə hazırdır? - “Gələn həftədən sərnişindaşımada artımlar gözlənilir”

Sosial

10 Sentyabr 2022 20:47 1402


“Yay qrafiki hələ də davam etsə də, yeni tədris mövsümi ilə bağlı müvafiq dəyişikliklərə hazırlaşırıq. Avqust ayının əvvəlindən biz gündəlik monitorinq isiqamətini dəyişmişik. Bugünkü günə qədər artım hələ ki hiss olunmur. Amma bununla belə gün ərzində artım olsa da, olmasa da, bunlar diqqətdə saxlanılır və dediyimiz ehtiyat qatarlar mütləq qaydada hər gün xəttdə olur”.

Bunu Yenisabah.az-a Metropoliten QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov sərnişinlərin gur vaxtında metrostansiyalara ehtiyat (boş) qatarların buraxılmaması fikirlərinə münasibət bildirərkən deyib. O, bildirib ki, bu məslələrə xüsusi nəzarət olunur və buna laqeyd münasibət göstərilmir:

“Sərnişin sıxlığı olduğu müddətdə həmin qatarlar xəttə buraxılır və bu, gündəlik monitorinqlərin tərkib hissəsində xüsusi diqqət mərkəzindədir. Ehtiyat qatarlar müntəzəm olaraq lazım olan istiqamətdə buraxılır. Buna laqeyd münasibət ola bilməz”. Dominos pizza

Bəxtiyar Məmmədov qatarlar arasında interval məsələsinə də toxunub:

“Bəzən belə hallar olur. Bu da çox cüzi hiss olunan bir şeydir. O da məhz xəttdə buraxılan ehtiyat qatarlarla bağlıdır. Çünki ehtiyat qatar xəttə buraxılanda artıq tənzimləmə başqa istiqamətdə aparılır. Məsələn, ehtiyat qatar Dərnəgül istiqamətində sərnişin axınının azaldılmasına yönləndirilirsə, elektrik deposundan məhz Nərimanov stansiyasına qatar daxil olursa cüzi  interval fərqi məhz həmin marşrut üzrə-yəni bir istiqamət üzrə Nərimanovdan Həzi Aslanova qədər olan  sərnişinlər bir qatarda hiss edə bilərlər. Növbəti qatarda isə interval normallaşır. Məsələn, qatar  2 dəq yarıma gəlmir, 2 dəq 50 saniyəyə dayanaçağa çatır. Yəni 10-15 saniyə, maksimum isə 1 dəqiqə gec olur. Problem elektrik deposunun xəttin ortasında olmağıdır. Bu səbəbdən Nizami-Dərnəgül istiqamətində, (Nizamidən Dərnəgülə) və ordan da əksinə istiqamətdə qatar elektrik deposundan Nəriman Nərimanov stansiyasına daxil olursa, avtomatik olaraq Həzi Aslanovdan Nəriman Nərimanova qədər olan sahədə iki dəqiqəyə yaxın əlavə interval olur. Yəni  2 dəq yarımlıq interval 4-5 dəqiqə intervala çatır. Bəzən də 5 dəqiqədən bir qədər artıq olur. Bayaq vurğuladığım kimi bu da yalnız bir qatarın hərəkəti üçün olur. Növbəti qatarda interval qaydasına düşür. Bu proses səhər saatlarına da aiddir. Səhər də eyni qaydayla xəttə qatar daxil olursa,  əgər mahiyyət sərnişindaşımanın istiqamətinin Memar Əcəmidən şəhər istiqamətinə doğru azaltmaqdırsa, ehtiyat qatarın biri həmin istiqamətdən xəttə daxil olur. Bu anda avtomatik olaraq əks istiqamətdə o bir qədər yenə Nərimanov və Həzi Aslanov istiqamətində hərəkət edən bir qatarda bu interval hiss olunur.

Bu tənzimləmə ona görədir ki, hansı istiqamətdə sərnişin çoxdursa o istiqamətdən sərnişin axını azaldılsın. Bu baxımdan mütəxəssislərimiz çox həssaslıqla işləyir. Bu həftədən yox, gələn həftədən sərnişindaşımada artımlar gözlənilir. Boş qatarlar yenidən xəttə daxil olacaqlar. Bu da bütün yay ərzində belə də olub. Nəriman Nərimanovdan depoya gedən və ordan qayıdan qatarların qrafiki var. Bəzən sərnişinlər görür ki, qrafikdən kənar depodan boş qatar gəldi. Bu, xəttə buraxılan ehtiyat qatardır”.

Bəxtiyar Məmmədov deyib ki, metroda qatarların hərəkətiylə bağlı gündəlik monitorinqlər aparılır:

“Səhər saat 6-dan gecə saat 12-ə qədər bu məsələlər gündəlik monitorinqlər aparılmaqla nəzarətdə saxlanılır. Zərurət olduğu halda gündəlik sərnişin axını istiqaməti dəyişə də bilər. Buna görə də bu məsələlərə xüsusi diqqət yetirilir və müxtəlif istiqamətlərdə xəttlərə ehtiyat qatarların buraxılması təmin olunur. Bu da gündəlik hallara görə dəyişir. Hər bir stansiyanın ətrafındakı  tədris, sənaye, dövlət müəssisələri də nəzərə alınmaqla, hər gün xüsusi qaydada öyrənilir.  Amma xüsusi gur olan stansiyaların hər birisində hər gün monitorinq aparılır. Və biz təxmin elədiyimiz qayda ilə yüklənmiş stansiyaırın hər birində gündəlik nəzarət mexanizmləri avqust ayının birindən bu istiqamətdə güclənilib. Nə vaxtsa hər hansı bir istiqamətdə sərnişin axınının   artdığı müşahidə olunursa, mütləq həmin gün monitorinqlərdə nəzərə alınır, ehtiyat qatarların xəttə buraxılması ilə bağlı diqqət daha da artırılır. Hazırda işlədiyimiz qatar qrafiki, stansiyaların strukturu ilə bağlı xüsusən, eskalatorla bağlı məsələlər hər birisi yeni tədris mövsümü ilə bağlı sərnişindaşımanın artmasına hazırlıqlı olmaqla bağlıdır. Eskalatorlar, qatarlar, stansiyaların girişləri, digər məsələlərin hər biri də vətəndaşların bilmədiyi çoxsaylı parametrlərlə öyrənilir.  Yəni buna qeyri-ciddi münasibət heç vaxt ola bilməz. Çünki bu, metrodur. Burada sərnişin təhlükəsizliyindən söhbət gedir”.

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!