Bakı metropolitenində cəmi 5 aydır istifadəyə verilmiş QR biletlə ödəniş sistemi sərnişinlər arasında get-gedə daha da rəğbət qazanmaqdadır. Aprel ayı ilə müqayisədə (257 min 198 sərnişin) mayda bu üsula müraciət edənlərin sayı 73.9 faiz artaraq 447 min 237 sərnişin təşkil edib.
Yenisabah.az xəbər verir ki, orta hesabla gün ərzində 14 min 427 sərnişin QR biletlə ödəniş edib.
Bir gün ərzində bu üsuldan istifadə edənlərin sayı ilk dəfə 23 minə yaxınlaşıb. May ayının 31-də 20 min 55 sərnişin bu elektron ödəniş üsulundan istifadə edib və bu həm də bir gün ərzində ilin ən böyük göstəricisidir. pizza hut
Telegram kanalımız