Bakı metrosunda QR kod vasitəsilə ödəniş etmək mümkün olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda QR kod vasitəsilə ödəniş etmək mümkün olacaq

Sosial

20 İyun 2023 12:07 484


Ən qısa zamanda, bir həftə ərzində metronun iki stansiyasında ödənişləri QR kod vasitəsilə etmək mümkün olacaq.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu “K group” şirkətinin direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib.

“Digər metrostansiyalarında da texniki işləri (köhnə avadanlıqlar QR oxuyucularla əvəzləmək) yay boyunca yekunlaşdırmağı planlaşdırırıq ki, qarşıdan gələn sentyabr, iş və təhsil dövrünə tam hazır olaq”, - deyə Orxan Bayramov əlavə edib. Sezar pizza

Qeyd edək ki, metrostansiyalarda QR kod vasitəsilə ödəniş "BakıKart”ın yeni tətbiqi vasitəsilə mümkün olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!