Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ 

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ 

Sosial

08 May 2024 11:20 475


9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Yenisabah.az xəbər verir ki, həmin gün qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

“28 May” Yaşıl və Qırmızı xətlərin birləşdiyi stansiya olduğundan buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində və əksinə qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Sərnişin axınının istiqamətləri dəyişə biləcəyindən, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq. pizza sifarişi

“Bakmil” stansiyasına da qatarların daxil olub-çıxma vaxtları dəyişdiriləcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!