Bakı metrosunun nə zaman fəaliyyətə başlayacağı məlum oldu
21 Yan 2021 18:48
875

Bakı metrosunun nə zaman fəaliyyətə başlayacağı məlum oldu

Azərbaycan hökumətində orta ümumtəhsil müəssisələri ilə yanaşı, ali təhsil müəssisələrinin də açılması ilə bağlı müzakirələr gedir.

Yenisabah.az xəbər verir ki, universitetlər fevralın 15-dən açıla bilər.

Bununla belə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olaraq, sözügedən məsələnin martın 1-nə qədər uzanacağı istisna deyil.

Həmçinin ötən il oktyabrın 19-dan bağlı olan Bakı metrosunun da ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında isə bildirib ki, təmsil etdiyi quruma metronun açılması ilə bağlı hər hansı rəsmi qərar daxil olmayıb.

Xatırladaq ki, Azərbaycanın orta məktəblərində tədris prosesinin fevralın 1-dən bərpa olunması gözlənilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər