Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.
Yenisabah.az xəbər verir ki, bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
"Avtobus reysləri İran ərazisindən keçməklə həyata keçirilir və qrafikdə dəyişiklik edilməyib", - deyə nazirlikdən bildirilib. Dördpendirli pizza
Qeyd edək ki, sosial şəbəkələrdə son vaxtlar İranda baş verən hadisələr fonunda Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətinin dayandırılması barədə məlumatlar yayılıb.
Telegram kanalımız