Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bakı Olimpiya Stadionu Türkiyə bayrağı ilə işıqlandırılacaq
28 Okt 2021 22:23
367

Bakı Olimpiya Stadionu Türkiyə bayrağı ilə işıqlandırılacaq

Bakı Olimpiya Stadionu (BOS) oktyabrın 29-da Türkiyə bayrağı ilə işıqlandırılacaq.

Yenisabah.az xəbər verir ki, BOS-dan verilən məlumata görə, bu addım Türkiyə Cümhuriyyətinin yaranması günü münasibətilə atılacaq.

“Osmanlı İmperiyasının süqutundan sonra Mustafa Kamal Atatürkün rəhbərliyi ilə müttəfiq qüvvələrə qarşı haqq savaşı vermiş və qalib gəlmiş qardaş ölkə 29 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Cümhuriyyət elan edilib. 98 yaşını qeyd edən qardaş ölkənin xalqını təbrik etmək və sevincinə şərik olmaq məqsədi ilə stadionun fasadı oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin bayrağı şəklində işıqlandırılacaq”, - BOS-dan bildirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər