Bakı qardan təmizləndi, yollara duz səpildi

saytların hazırlanması

Evə çatdırılma

Bakı qardan təmizləndi, yollara duz səpildi

Sosial

11 Yanvar 2023 10:12 908


Dünən axşam saatlarından etibarən güclü qar yağması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdiriblər. Şaxtalı hava şəraitində gecədən səhərə kimi xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib, bu zaman sürüşmə ehtimalı olan yollar, körpülər, enişlərə xüsusi diqqət yetirilib. 

Bu barədə Yenisabah.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, səhərə yaxın kommunal xidmətlərin əməkdaşları tərəfindən yağan qarın küçə, prospekt və  piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından  təmizlənməsi daha da intensivləşib. 

 Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar. Dominos pizza

Səhər saatlarında təmizlik işlərinə ərazi üzrə idarə, təşkilat, müəssisələrin əməkdaşları, obyekt və ictimai-iaşə müəssisələrinin işçiləri də qoşulacaqdır. 

Təmizləmə işləri mərkəzlə yanaşı paytaxtın bütün rayonlarını əhatə edir.

  

 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!