Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə aksiyası keçirdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə aksiyası keçirdi - Fotolar

Sosial

16 Mart 2024 14:29 559


Paytaxtın Səbail və Qaradağ rayonları ərazilərində ağacəkmə aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aksiya ənənəvi olaraq Novruz Bayramı ərəfəsində mart ayının 16-də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Aksiya çərçivəsində 600 ədəd ağac və kol bitkiləri əkilib. Dördpendirli pizza

“Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsi işləri aparılır. Bu kimi ağacəkmə aksiyaları Bakı şəhərinin bütün rayonlarında keçiriləcək və mövsüm ərzində paytaxtın yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur”, - məlumatda qeyd olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!