Bakı-Sumqayıt qatarında nə olub?

Bakı-Sumqayıt qatarında nə olub?
Avq 17, 2019 16:49
Oxunma sayı: 98

Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb.

Qatar platformadan kənarlaşandan bir qədər sonra dayanıb. 15 dəqiqə dayandıqdan sonra qatar geri qayıdıb.

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, qatarın pantoqrafında nasazlıq yaranıb.

Sərnişinlər qatardan təxliyə olunub. Onlar növbəti qatarla Sumqayıta yola salınacaqlar.

APA

Yenisabah.az