Bakı-Sumqayıt yolunda tıxac: Bu yolla aradan qaldırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Sumqayıt yolunda tıxac: Bu yolla aradan qaldırılacaq

Sosial

11 İyun 2024 13:39 3395


Sumqayıt əhalisinin sayına görə ölkənin ən böyük ikinci şəhəri hesab olunur. Rəsmi rəqəmlərə görə, şəhərdə təxminən 426 min nəfər yaşayır. Dizayn və quruluş baxımından ölkənin digər şəhərlərindən daha yaraşıqlı olsa da, iş yerlərinin az olması ciddi problemlərdən biridir.

Şəhər əhalisinin böyük əksəriyyəti işləmək məqsədi ilə hər gün Bakıya üz tutur. Günün səhər və axşam saatlarında Bakı-Sumqayıt magistralındakı avtomobil sıxlığı və tıxacdan da bunu açıq-aydın görmək olar. Buna görə də, bəzi müəssisə və dövlət qurumlarının Sumqayıta köçürülməsi təklifləri səslənir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, iş yerlərinin Bakıdan Sumqayıta və ya digər şəhərlərə köçürülməsi birbaşa olaraq biznesə aid məsələ deyil: pizza hut

“Özəl sektora deyə bilmərik ki, fəaliyyətini Bakıdan Sumqayıta köçürsün. İş yerləri Bakıda daha sərfəlidir deyə, iş yerləri daha çox paytaxtda açılır. Ona görə də, bu özəl sektora aid bir məsələ deyil. Amma bəzi dövlət və hökumət orqanlarının Sumqayıta, Gəncəyə və ya ölkənin müxtəlif yerlərinə köçürülməsi mümkündür”. 

Ekspert bu fikrinə aydınlıq gətirib: 

“Açığı, bu, bir az çətin məsələdir. Əslində, Bakının yükünün azaldılması təkcə Sumqayıtla bağlı məsələ deyil. Sumqayıtdan Bakıya işləməyə gələnləri araşdırmaq lazımdır. Bu istiqamətdə yaxşı sorğu keçirilməlidir ki, Sumqayıtdan Bakıya işləməyə gələn vətəndaşlar daha çox hansı sahələrdə çalışırlar. Əgər məsələn, hansısa dövlət və hökumət qurumlarında daha çox çalışan varsa, onların nümayəndəliklərini və ya baş idarələrini Sumqayıta köçürmək mümkündür”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!