Bakı-Tbilisi qatarı: 2 saatı sərhəd-gömrük proseduruna sərf olunur

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Tbilisi qatarı: 2 saatı sərhəd-gömrük proseduruna sərf olunur

Sosial

26 May 2026 10:03 120


Bakıdan Tbilisiyə qatarla səfər müddəti təxminən 9 saat 30 dəqiqə təşkil edir, bunun təqribən 2 saatı sərhəd-gömrük prosedurlarına sərf olunur - hər iki ölkənin sərhədində 1 saatlıq yoxlama həyata keçirilir.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

O qeyd edib ki, artıq Bakı və Tbilisi istiqamətində gündəlik sərnişin qatarları hərəkətə başlayıb: pizza hut

"Qatar Bakıdan saat 23:10-da, Tbilisidən isə saat 21:00-da yola düşür. Marşrut üzrə sərnişin tələbatı yüksəkdir və artan maraq səbəbindən bəzi reyslərə əlavə vaqonlar qoşulub. Satışa çıxarılan 8400 biletdən 70 faizdən çoxu artıq satılıb. Qatarlar Azərbaycan ərazisində Biləcəri, Yevlax, Gəncə və Ağstafa beynəlxalq stansiyalarında dayanır. Gürcüstan ərazisində isə Qardabani və Tbilisi Dəmir Yolu Vağzalında dayanır".

Bakı–Tbilisi–Bakı sərnişin qatarının hərəkəti 6 illik fasilədən sonra bərpa olunub və reyslərin gündəlik icrası planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!